photo

4 fevral “Dünya Xərçəng Günü” ilə bağlı Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Park Bulvar” AVM-də “We Can, I can” (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyası keçirilib. Aksiya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Park Bulvar” AVM, Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.

Aksiyasının əsas məqsədi 4 fevral – Dünya Xərçəng Gününün ölkəmizdə tanıdılması, xeyriyyəçilik fəaliyyətinin təbliği, cəmiyyətimizdə bu xəstəliyə tutulmuş şəxslərə qarşı diqqət yaratmaqdır.

“Dünya Xərçəng Günü”nə həsr olunmuş tədbirdə qan vermə askiyası və müsiqili proqram təşkil olunub. Sosial-xeyriyyə tədbirində 100-ən yaxın insan qan verərək qan xərçəngindən əziyyət çəkən xəstələrə dəstək olublar. Qeyd edək ki, qan vermədə Azərbaycan vətəndaşları ilə yanaşı xarici qonaqlarda iştirak edib. Tədbirdə “Park Bulvar” AVM-də qan vermə aksiyası yanaşı musiqili proqram da  təşkil olunub. Gənc müğənnilər müxtəlif musiqilər ifa edərək aksiya dəstək olublar. Aksiya müddətində gənc könüllülər “Park Bulvar”a gələn qonaqlara bukletlər paylayaraq “Dünya Xərçəng Günü” və təşkil sosial-xeyriyyə aksiyası bağlı ətraflı məlumat verib.

Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Məryəm Məcidova qeyd edib ki, “Çox xoş bir haldır ki, insanların aksiyada xərçəng xəstələri üçün qan verməyə təşəbbüskar olduğunu görürük. Ümid edirəm ki, belə layihələr davamlı və uğurlu şəkildə həyata keçirilməyə davam edəcəkdir”.

Məlumat üçün bildirək ki, ”Dünya Xərçəng Günü” 2008-ci ildən indiyə kimi hər il fevral ayının 4-də qeyd olunur. “Dünya Xərçəng Günü” çərçivəsində fəaliyyətlər son iki il ərzində “We can, I can” (Biz bacararıq, Mən bacararam) devizi ilə fəaliyyət göstərən kampaniya vasitəsilə koordinasiya edilir. Sözü gedən kampaniya indiyə qədər 166 ölkəni əhatə etmişdir.

Qeyd edək ki, “We Can, I can” (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyası Milli Şuranın proqramı olan “Azərbaycan Könüllülük Xidməti”nin “Könüllü ol” layihəsi çərçivəsində keçirilib. “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və 2013-cü ildə yaradılıb. 2013-cü ildə Milli Şura Proqram çərçivəsində 10 gənclər təşkilatlanı Milli Akreditasiya Sertifikatı ilə təmin edib. Həyata keçirilən proqramın ilkin hissəsi Quba, Gəncə, Lənkəran, Mingəçevir və Balakən şəhərlərində yaşayan 18-29 yaşlı gəncləri əhatə edib və proqram nəticəsində könüllülərarası şəbəkə yaradılmışdır. 2014-cü ildə Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər rayonlarında yerləşən Gənclər Evi və Mərkəzlərindən 15 qrup rəhbəri və 20 könüllü seçilərək Proqramda iştirak etmişdir. Bu gənclər arasında “Azərbaycan Könüllülük Xidməti” Proqramı tərəfindən 2014-cü il üzrə ilk dəfə olaraq “İlin Könüllüsü” nominasiyası üzrə mükafatlandırma mərasimi həyata keçirilib. Azərbaycan Könüllülük xidməti 2017-ci ildə də öz missiyalarını uğurla davam etdirmiş və ölkədə könüllüyə olan marağın artırılması, könüllülük vərdişlərinin yayılması istiqamətlərində iri miqyaslı layihələr ilə ictimaiyət qarşına çıxmışdır. Sözü gedən proqram çərçivəsində 2017-ci ildə də könüllü mübadilə proqramı baş tutmuşdur. Mübadilə Proqramı Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən  Quba, Gəncə, Lənkaran, Mingəçevir və Balakən olmaqla 5 müxtəlif regionda 5 fəal gəncin iştirakı ilə 1 ay müddətində həyata keçirilib.