Xəbərlər - Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

Xəbərlər

Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Azərbaycan nümayəndə heyəti tərkibində Varşavada keçirilən “Gənclər İnsan Hüquqları Naminə” işçi seminarında təşkilatı təmsil edib. 

ARGTMŞ Gənclər Evində Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” çərçivəsində “Məqsəd qoyma və həyat prespektivlərinin qurulması” mövzusunda təlim keçirilib. 

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası davam edir.

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasında baş tutub. 

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Step İT Akademiyasının tərəfdaşlığı ilə “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində “Gənclər İnternetdə Nifrət Nitqinə Qarşı” mövzusunda konfrans keçirilib. Konfrans bir sıra informasiya kommunikasiya mütəxəssisləri, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərin iştirakı ilə baş tutub. 

31 yanvar 2017-ci il tarixində Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən gənclər təşkilatları üçün məlumatlandırıcı seminar keçirilib.

26 yanvar 2017-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzinin inzibati binasına keçirilib. Məlumat turunda “Bakı Metropoliteni”nin səlahətli nümayəndələri, Milli Şuranın katibliyi və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

 

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Bolqarıstanın Varna şəhərində keçirilən “100% Gənclər üçün şəhər” layihəsində iştirak edib. Layihə Portuqaliya Milli Agentliyi və Braqa şəhərinin meriyası tərəfindən həyata keçirilir.