ARGTMŞ-ın üzvləri - Üzvlük - Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

ARGTMŞ-ın üzvləri

Ad:
Soyad:
Ad:
Soyad:




Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 10.08.2007Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2012Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:AEGEE-Bakı, özündə Avropanın 43 ölkəsini, 240 şəhərini və 15.000-dən çox gəncini birləşdirən AEGEE-Avropanın, Bakıdakı yerli nümayəndəliyidi. Təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə tolerant və açıq cəmiyyətlərin inkişafına nail olmaqdır. AEGEE-Bakı 2004-cü ildə fəaliyyətə başlayıb və 1500-dən çox yerli tələbələr müxtəlif layihələr cəlb edilmişdir. Təşkilatın əsas məqsədi Azərbaycan və Avropa tələbələri arasında əməkdaşlığın yaradılması ilə Avropa ideyaları təbliğ etməkdir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 18.03.1999Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2013Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:• Hüquq elimlərinin müvafiq sahələri üzrə müasir informasiya mənbələrinin öyrənilməsi;
• İnsan hüquqları və azadlıqlarının qorunması ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etmək;
• İnsan hüquqları və azadlıqlarının qorunması sahəsində araşdırmalar aparmaq;
• Mövcud normativ-hüquqi aktların demokratik prinsip və normalarına uyğunluğuna dair digər dövlətlərin təcrübəsini, qanunvericilik aktını, beynəlxalq konvensiyaları oyrənmək;
• Gənclərə aid qanunvericilik layihələri hazırlamaq;
• Gənclərin hüquqları və azadlıqlarına dair qanunvericiliyi təbliğ etmək;
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 31.05.2005Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2005Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Birliyin fəaliyyətinin məqsədi iqtisadi problemlərin həllində gənc mütəxəssislərin iştirakına kömək etməkdən ibarətdir. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:-Gənclərin marketinq və reklamçılıq sahəsində nəzəri biliklərinin inkişaf etdirilməsi;-Marketinq və reklamçılıq sahəsində inkişaf etmiş ölkələrin nailiyyətlərinin öyrənilməsi və müsbət təcrübənin yayılması;-Sahibkarlıq fəaliyyətində marketinq və reklamın tətbiqi problemlərinin araşdırılması;-Gənc sahibkarların fəaliyyətində yaranan problemlərin araşdırılması.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 28.12.1994Təşkilatın ARGTMŞ-a üzv olduğu il:1996Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Təşkilatın əsas məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratiyanın inkişafında gənclərin fəal iştirakına nail olmaq, gənclərin təşəbbüskarlıq və yaradıcılığının inkişaf etdirilməsi, gənclər siyasətinin həyata keçirilməsi üçün effektli mexanizmin yaradılması, mətbuat vasitəsi ilə gənclərin vəziyyətinin monitorinqi, əlil, yetim, qaçqın, məcburi köçkün gənclərin, yeniyetmələrin və uşaqların hüquqlarını müdafiə etmək məqsədilə proqramların hazırlanması və s. ibarətdir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 31.05.2005Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2005Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Birliyinin əsas fəaliyyət sahəsi gənclər arasında maarifləndirmə işini artırmaq, onların dünyagörüşünü genişləndirmək üçün müxtəlif təlim və tədris kursları təşkil etməkdir. Gənclərin sağlam mühittə yetişmələri və müxtəlif yoluxucu xəstəliklərdən qorunmalarını təbliğ edən çalışmalardan biri Salyan rayonunda UNICEF-in maliyə dəstəyi ilə 2010-cu ildə keçirilən quş qripinə dair seminarlar olmuşdur. AGDİY İB “Distant Təlim: Paytaxtdan Regionlara”, “Mən-gənc sahibkaram”, “Virtual Aləm Düşərgəsi”, “İnteraktiv təhsil metodlarının təlimləri” və “Smart Mən” kimi layihələri həyata keçirmişdir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 29.08.2003Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2012Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:AKİB Azərbaycanda könüllülük işinin inkişafı, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və gənclərin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdadır. Avropa Şurasının qərarı ilə Azərbaycan Könüllülər İctimai Birliyi 2005-ci ilin nəticələrinə görə Avropa Gənclər Mükafatı (European Youth Award) ilə təltif edilməklə Avropada ilin gənclər təşkilatı olmuşdur.AKİB “2 fevral –Gənclər günü” münasibəti ilə 2013-cü ildə uğurlu fəaliyyətinə görə mükafatlanmışdır.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 11.10.1997Təşkilatın ARGTMŞ-a üzv olduğu il:1998Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:zərbaycan Skautlar Assosiasiyası 11 Oktyabr 1997-ci il tarixində təsis olunmuşdur. Əsas məqsədi - gənclərin tərbiyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. 2000-ci il avqust ayının 20-də Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir.Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell tərəfindən yaradılmışdır. Hal-hazırda 217 dünya ölkəsindən 31 milyon uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, “Hər gün xeyirxah iş görək” devizi altında fəaliyyət göstərirlər.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 18.03.2000Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2011Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti 1999-cu ildə bir qrup Azərbaycanlı və Türkiyəli tələbələrin birgə fəaliyyət və ortaq ideyaların gerçəkləşdirilməsi məqsədi ilə yaradılmışdır. Fəaliyyət dövrü zamanı Azərbaycan və Türkiyə gənclərinin inkişafına, tələbə həyatlarına dəstək olmuşdur. ATGDC-nin fəaliyyətinin əsas istiqaməti hər iki tərəfin gənclərinin dövlətçilik maraqlarına xidmət göstərməyi, milli ideya və yüksək vətənpərvərlik ruhunun aşılanmasıdır.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 04.05.1994Təşkilatın ARGTMŞ-a üzv olduğu il:1995Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Birliyimiz 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il mayın 4-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Birlik Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası, "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu" və "Azərbaycan Kiber İdman Federasiyası"nın təsisçisidir.
Birliyin əsas məqsədi istedadlı və yaradıcı gənclər arasında əlaqələrin inkişafına kömək etməkdən ibarətdir. Birlik məqsədinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

Gənclər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək;
Gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi;
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 30.05.2008Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2013Təşkilatın yerləşdiyi şəhər/rayon:Beyləqan rayonuTəşkilat haqqında qısa məlumat: Birliyin əsas məqsədi Beyləqan rayonunun gənclərini maarifləndirmək və onların sosial inkişafına yardım etməkdir. Birlik fəalliyətini aşağıdakı istiqamətlər üzrə qurub:

• Gənclər arasında vətənpərvərlik, humanizm və milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində maarifçilik işi aparmaq;
• Gənclərin elmi biliklərinin artırılması və dünyagörüşünün inkişafına kömək etmək;
• Gənclərin ictimai fəallığının yüksəldilməsi sahəsində tədbirlər həyata keçirmək;
• Sağlam həyat tərzi, narkomaniya və QİÇS-ə qarşı mübarizə mövzularında gəncləri maarifləndirmək;


Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 26.05.2006Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2006Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Bir qrup könüllü gənc tərəfindən 2004-cü ildə təklif olaraq irəli sürülmüş və təsis edilmiş “Bizim Gənclik” İctimai Birliyi 2006-cı il may ayının 26-da dövlət qeydiyyatına alınmışdır.
Təşkilatın geniş intellektual potensiala malik üzvləri tərəfindən vətənpərvərlik, adət-ənənələrimiz, ədəbiyyatımız, tariximiz, ekologiya, narkomaniya, vətəndaş cəmiyyəti, insan hüquqları, gender məsələləri ilə bağlı bir sıra əhəmiyyətli layihələr həyata keçirilmişdir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 28.09.2005Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2013Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi 2002 ilin fevral ayından fəaliyyət göstərən qeyri-hökümət, qeryi-kommersiya və qeyri-siyasi təşkilatdır.
Təşkilatın missiyası:
Uşaq və gənclərin maarifləndirilməsinə, sosial, hüquqi və psixoloji problemlərin həllinə dəstək olaraq onların inkişafına təkan vermək və fəal ictimai həyata cəlb edərək Azərbaycanın layıqlı vətandaşı kimi böyümələrinə nail olmaq.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 23.08.2005Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2008Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi 2003-cü ildə Bakıda bir qrup gənc tərəfindən yaradılmış və 2005 ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır.
Birliyimiz fəaliyyətə başladığı gündən ölkədə həyata keçirilən gənclər siyasətinin ölkə gəncləri arasında təbliği istiqamətində bu gün də öz töhfəsini verməkdədir.
Birliyimizin əsasən xarici donorlar və dövlət qurumlarımızla sıx əməkdaşlıq edir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 31.05.2005Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2005Təşkilatın yerləşdiyi şəhər/rayon:Gəncə şəhəriTəşkilat haqqında qısa məlumat:Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. Birlik – Gənclərin Mübadilə və Anlaşma (ing. dilində YEU), Təhsil üçün İnsan Hüquqları beynəlxalq şəbəkələrinin tam hüquqlu üzvüdür və onların İdarə Heyətində öz üzvləri ilə təmsil olunur. Beynəlxalq səviyyədə Almaniya, Qazaxstan, Moldova, Polşa, Portuqaliya, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Hollandiya, İtaliya, İspaniya, Serbiya, Macarıstan, Belçika, Fransa kimi ölkələrlə əməkdaşlıq edir. Əksər beynəlxalq və yerli layihələri Avropa Şurası, ABŞ-
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 26.12.2007Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2011Təşkilatın yerləşdiyi şəhər/rayon:Sumqayıt şəhəriTəşkilat haqqında qısa məlumat:GİDF 18 oktyabr 2007-ci il tarixində Sumqayıt şəhərində təsis edilmiş qeyri-hömət gənclər təşkilatıdır. Missiyası yaradıcı və istedadlı gəncləri aşkara çıxarmaq, geniş ictimaiyyətə tanıtmaq və onların inkişafına hərtərəfli kömək etməkdir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 30.03.2008Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2014Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:GəncMİİB mühəndislərin və mühəndislik qurumlarının peşəkar və ictimai fəaliyyətlərinə dəstək verən, sosial məsuliyyətli, ətraf mühitin qorunmasına qarşı həssas mühəndislərın maarifləndirilməsini həyata keçirən mühəndislik qurumları arasında əlaqələndirici funksiyanı görən bir ictimai birlikdir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 29.06.2012Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2012Təşkilatın yerləşdiyi şəhər/rayon:Şəki rayonuTəşkilat haqqında qısa məlumat:Təşkilatın əsas məqsədi gənclərin elm və təhsilə olan marağının artırılmasına kömək etməkdir. Gənclərin maarifləndirilməsi də Birliyin qarşısına qoyduğu məqsədlərdən biridir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 22.12.1999Təşkilatın ARGTMŞ-a üzv olduğu il:1995Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Məqsəd: uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların fiziki, psixodoji, ideoloji, milli, mənəvi dəyərlərinin mədəni irsin, milii tarixi qəhramanların təbliği işlərin təşkili, olimpiya oyunları ərəfəsində olimpiadada iştirak edən idmançılar ilə psiloji işlərin aparılması, ilkin hərbi hazırlığın təşkili və gənclərin Azərbaycanın suvereniniyinin ərazi bütövlüyünü, dövlət və dövlətçiliyinin daima maarifləndirmə işlərinin təşkil olunması və s.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 10.11.1992Təşkilatın ARGTMŞ-a üzv olduğu il:1998Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Azərbaycan Respublikası "Gəncliyə Yardım Fondu" Azərbaycan Respublikasının 10 noyabr 1992-ci il tarixli "Ictimai birliklər haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının əlaqədar qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və bu Nizamnaməyə müvafiq fəaliyyət göstərir.

"Gəncliyə Yardım Fondu" könüllü ictimai cəmiyyət olub, Respublikamızda gəncliyin mənəvi ehtiyaclarını qarşılamaq, kiçiк yaşlı uşaqların tərbiyəsinin təmini ilə məşğul olmaq, müharibədən zərər görən gənclərə və ailələrinə maddi və mənəvi kömək göstərmək məqsədilə yaradılmışdır.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 25.05.2005Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2006Təşkilatın yerləşdiyi şəhər/rayon:İsmayıllı rayonuTəşkilat haqqında qısa məlumat:Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi Uşaq və Gənclər siyasəti üzrə Dövlət Proqramları və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətindən fəaliyyət göstəririk.
Təşkilat Yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlam həyat tərznə alışdırılması və milli-mənəvi dəyərlərimizin ruhunda vətənpərvərlik və vətəndaşlıq ənənələrinə uyğun şəkildə , dövlət atributlarına hörmət ruhunda tərbiyə olunması, qlobal xəstəliklərə (QİCS, narkomaniya, müxtəlif qrip epidemiyaları və ) ictimai məlumatlılığın artırılması istiqamət
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 29.01.2010Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2013Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:“Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyi 2009-cu ildən fəaliyyət göstərir və 29 yanvar 2010-cu il tarixində Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təşkilatımızın əsas məqsədi Azərbaycanda gənclərin həmrəyliyinə dəstək naminə işlər görmək, gənclərdə elmə, təhsilə maraq oyatmaq, bütün ictimаi təbəqələrdən olan potensiallı gənclərin cəlb edilməsi, problemlərin həlli üçün gənclərin öz iştirakı ilə bu problemləri araşdırmaq və həlli yollarını tapmaq, gənclərə hüquqi, elmi, psixoloji, sosial yardım göstərməkdən ibarətdir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 30.05.2003Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2001Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Gənclərin Tənhalara dayaq ictimai birliyin fəaliyyətinin məqsədi Azərbaycanda yaşayan tənha qalmış əlillərə,kimsəsiz uşaqlara,ahıllara maddi və mənəvi dayaq durmaq,onların sosial müdafiəsini təmin etmək,ictimaiyyətin diqqətini onların problemlərinin həllinə yönəltmək,bu sahədə gənclərin səyini birləşdirməkdi.Birliyin qarşısında qoyulan vəzifələr bunlardır:
Tənhaların problemlərinin həllinə gənclərin qüvvəsini səfərbər etmək.Sosial,fiziki,və mənəvi-psixoloji çəhətdən əziyət çəkən tənha əlil,kimsəsiz uşaq və ahıllar haqqında məlumatlar toplamaq.Tənhalara maddi və mənəvi yardım göstərmək.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 06.07.1994Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2013Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Uşaqların, yeniyetmələrin və gənclərin intellektual səviyyəsinin, vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edən layihələrin reallaşması Müasir Azərbaycanımızın inkişafına təkan verəcək gənc nəslin formalaşması və Vətəndaş Cəmiyyətinin qurulmasında onların rolunun artırılması
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 30.12.2008Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2013Təşkilatın yerləşdiyi şəhər/rayon:Quba rayonuTəşkilat haqqında qısa məlumat:Təşkilat 2008-ci ildə Quba şəhərində yaradılaraq dövlət qeydiyyatına alınmış və ictimai birlik kimi fəaliyyət göstərir. Təşkilatın əsas iş prinsipi yniyetmə və gənclər arasında sağlam həyat tərzinin və düzgün yaşamanın təbliğidir. Yarandığı müddətdən bu günədək bir çox layihlərin qalibi olan təşkilat müxtəlif vaxtlarda yüksək mükafatlata və diplomlara layiq görülmüşdür. 2011-ci ildə təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dəstək Şurası tərəfindən ilin ən yaxşı 5 təşkilatından biri elan olunmuş və mükafatlandırılmışdırılmışdır.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 13.07.2012Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2012Təşkilatın yerləşdiyi şəhər/rayon:Gəncə şəhəriTəşkilat haqqında qısa məlumat:“Odlar Yurdu” Gənclər İctimai Birliyi son dövrlərdə ölkəmizdə müşahidə olunan ictimai prosesləri, dövlətin gənclər siyasətinin əhəmiyyətini və bu siyasətin gənclərin inkişafı üçün yaratdığı real imkanları, gənclər təşkilatlarının respublikanın ictimai-siyasi həyatında fəal iştirakını, həmçinin Gəncə şəhərinin 2012-ci ilin “Gənclər paytaxtı” seçilməsini nəzərə alaraq 15.06.2012-ci il tarixdə təsis edilmiş, 13.07.2012-ci iltarixdə dövlət qeydiyyatına alınmışdır.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 30.04.2010Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2012Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi № 1110-Q31-2837
Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və öz Nizamnamə əsasında həyata keçirir.
Təşkilatın əsas fəaliyyətin istiqamətləri:
 Gənclərin arasında zərərli vərdişlərin aradan qaldırılmasına kömək etmək;
 Gənclərin sosial problemlərin həllinə yardım et
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 18.04.2006Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2007Təşkilatın yerləşdiyi şəhər/rayon:Sumqayıt şəhəriTəşkilat haqqında qısa məlumat:Saglam Dushunce Gencler Teshkilati
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 12.08.2011Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2011Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:“Sağlam Gəncliyə Doğru” Qeyri Hökumət Təşkilatı 2006-cı ildə bir qrup gənc tərəfindən təsis olunub.təşkilatın əsas məqsədi gənclər arasında maarifləndirmə işini düzgün apararaq onların ictimai fəaliyyətlərinə dəstək vermək, müasir ekoloji problemlərin həllində yaxından iştirak etməkdən ibarətdir.Təşkilat yarandığı gündən gənclərlə aktiv fəaliyyətə başlamışıdır. Qrup şəklində Avropanın müxtəlif qrant proqramlarına qoşulmuşdur. 2011 – ci ilin avqust ayında rəsmi dövlət qeydiyyatına alınmışdır Bundan sonra fəaliyyətini genişləndirmiş və müxtəlif yerli və xarici proqramlara qoşulmuşdur.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 29.11.2014Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2012Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:EEASA Dünyanın müxtəlif ölkələrində təhsil alan tələbə və məzunların bir araya gəldiyi platformadır. Əsasən ictimai - humanitar layihələr, xaricdə təhsil, təlimlərlə məşqul olsaq da, fəaliyyət sahəmiz dahada genişdir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 22.04.2013Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2014Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:MİSSİYA
Ölkədə ekoloji maarifləndirmə sahəsində fəaliyyətləri gücləndirmək və ictimaiyyətin fəal iştirakı ilə qlobal ekoloji problemlərin local olaraq həllinə çalışmaq.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 10.02.2007Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2013Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:"(AİESEC)” - Beynəlxalq, qeyri-siyasi, qeyri-kommersiya, tamamilə tələbər tərəfindən idarə olunan təşkilatdır. Onun üzvləri dünya məsələləri və istiqamətləri, liderlik, idarəetmə və iqtisadiyyat ilə maraqlanan tələbə və məzunlardır. Bu halda, AIESEC insanların cinsi, , məzhəb, dini, milli və ya etnik mənsubiyyətindən asılı olmayaraq hamıya eyni imkanlar təmin edir.
Biz beynəlxalq təcrübə proqramı və onu dəstəkləyən fəaliyyətləri görürük. Biz gənc liderlik və onun inkişafı üzrə işini yüksək qiymətləndiririk. 124 ölkədə movcuduq.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 30.07.2003Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2004Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:1. QHT-nin adı:Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi2.QHT-nin rəhbəri:3.QHT-nin yaranma tarixi: 22.12. 20004.QHT-nin dövlət qeydiyyatı tarixi: 30.07. 20035.QHT-nin məqsədi: Gənc nəsli hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək 6.QHT-nin həyata keçirdiyi layihələr
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 05.11.2002Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2003Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:Azərbaycan Respublikası "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai biriliyinin rəsmi Facebook səhifəsi. Təşkilatımız şəhid, əlil, qaçqın, köçkün, valideynsiz və imkansız ailələrdən olan uşaq və gənclərin, tələbələrin problemlərini aradan qaldırmaq üçün AR qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqə yaradır, birgə humanitar tədbirlər keçirir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 15.01.2005Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2012Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:“Debate in Civil Society” Public Union has been functioning since 1998 and during the 15 years of existence has contributed in raising the young leaders in Azerbaijan. The organizations´ mission is to educate the society through supporting youth initiatives and providing different services.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 19.04.2006Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2004Təşkilatın yerləşdiyi şəhər/rayon:Şəki rayonuTəşkilat haqqında qısa məlumat:“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi 2002-ci ildə Şəki şəhərində yaradılmışdır. Təşkilatın yaradılma məqsədi gənclərin hərtərəfli inkişafına nail olmaqdan ibarətdir.
Təşkilat İdarə Heyəti tərəfindən idarə olunur və üfiqi idarəetmə sisteminə malikdir.
Təşkilatın 24 üzvü var.
Hal hazırda 2 nəfər maaşlı işçi var.
Təşkilat QHT Forumunun, Gənclər Təşkilatları Milli Şurasının, İnsan Alverinə Qarşı QHT koalisiyasının üzvüdür. Təşkilat gənclərin bilik və bacarıqlarının artırılması, müxtəlif sahələr üzrə maarifləndirilməsinə dair təlimlər təşkil etmiş, layihələr həyata keçirmişdir
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 30.07.2003Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2004Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat: Təşkilatın əsas fəaliyyət istiqaməti qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, onların uşaq, yeniyetmə və gənclərinə, hər iki valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və yeniyetmələrə, xəstə və kimsəsiz, xüsusi ehtiyacı olan azyaşlılara, uğursuz ailədən olan uşaqlara, yeniyetmə və gənclərə, qocalara, əlillərə, tənha insanlara maddi və mənəvi kömək göstərməkdən ibarətdir.
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 02.11.2014Təşkilatın ARGTMŞ-a üzv olduğu il:1998Təşkilatın yerləşdiyi şəhər/rayon:Bakı şəhəriTəşkilat haqqında qısa məlumat:11 dekabr 1998-ci ildə yaranıb. Mədəniyyət və ədəbiyyat hadisələrinin təşkili, kreativ innovasiyaları inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b. Respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, elektron kitabxana, elektron kitab, e-oxu, e-yazı vərdişlərinin populyarlaşdırlıması, yeni sosial media və İnternet resurslarının inkişafı, kreativ innovasiya, kulturologiya kimi fəaliyyət sahələrilə məşğul olur.
www.kitabxana.net, www.elmler.net, www.kitab.biz, www.yysq.org
Təşkilatın Dövlət qeydiyyatına alındığı tarix: 20.06.2013Təşkilatın ARGTMŞ-a üzv olduğu il:2014Təşkilatın yerləşdiyi şəhər/rayon:Quba rayonuTəşkilat haqqında qısa məlumat:Təşkilat 2011-ci il 11 noyabr tarixində "Yurd" Gənclərin Vətənpərvərlik Klubu adı ilə təşəbbüs qrupu kimi fəaliyyətə başlayıb. Rayonun ictimai-siyasi, mədəni həyatında bir sıra layihələrlə tanınıb və 2013-cü ildən ictimai birlik kimi rəsmi fəaliyyətə başlayıb.