“Qalib sən ol!” idman yarışları layihəsi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Spartak” idman klubunun iştirakı ilə həyata keçirilib.  
Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Sağlam həyat tərzi. Xromosomlarda gen mutasiyasıları və aradan qaldırılma yolları” adlı layihə həyata keçirilir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi (UTGDİB) “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə”  adlı layihəni Binəqədi rayonunun 135, 267, 283 saylı məktəblərində uğurla həyata keçirtmişdir.
Tədbir Azərbaycanın Dövlət himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan GVB-nin sədri Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev tədbir iştirakçılarını salamlayıb və layihə çərçivəsində keçirilən tədbirlərdə onun mahiyyətindən danışıb. Daha sonra sədr bildirib ki, hal- hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, yer kürəsində 210 milyon narkoman qeydə alınmışdır. Bu da 7 milyardlıq Yer kürəsinin əhalisinin 3 faizi deməkdir. M.Əliyev onu da qeyd edib ki, statistik məlumata görə, ölkədə narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır. Hazırda ölkədə 28 min 555 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var. Gəlin narkotiklərə yox deyək, gələcəyimizi qoruyaq! 
Ruslan” İdman Sağlamlıq Kompleksin direktoru T. Məmmədov  qeyd edib ki, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gəncləri milli qürur, vətənə məhəbbət və sədaqət, etik və estetik tərbiyə, milli və döyüş ruhunu, vətənin müdafiəsində fiziki və psixoloji cəhətdən hazırlanması ən vacib məsələlərdən biridir.                      
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 08-13 İyul, 2016-cı il tarixlərində Gəncə şəhərində həyata keçirilən "Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi" adlı beynəlxalq layihə uğurla başa çatdı.  Layihə müddətində iştirakçılar Gəncə şəhərində fəaliyyət göstərən Gənclər Təşkilatları və Gənclər Mərkəzinə səfərlər etdi, onların fəaliyyətləri ilə tanış oldular. Sözügedən könüllülük mövzusunda qrup işləri, təqdimatlar və fikir mübadilələri aparıldı. Layihənin sonuncu iş günü bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak etdilər.
Tədbirdə gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib. Çıxış edənlər gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini diqqətə çatdırıblar.  
Gənc Vətənpərvərlər Birliyi  Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Sağlam həyat tərzi, Gənclik və İdman  narkomaniyaya qarşı “devizi ilə tədbirlərin təşkili   ”adlı  layihə çərçivəsində  ”adlı layihə çərçivəsində Ramazan bayramı münasibəti ilə  Nərimanov rayon “ŞUA” İdman Sağlamlıq Kompleksində “Narkomaniya, QİÇS-İİV əleyhinə və gənclərin hərbi vətənpərvərlik hislərinin aşılanmasında milli-mənəvi dəyərlərinin rolu” mövzusunda konfrans və təlim  keçirilib.