Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) vizual təbliğatının təkmilləşdirilməsi məqsədi ilə yeni “Korporativ Standartlar Kitabçası”-nı (brandbook) tərtib edib. Gənclər və gənclər təşkilatlarının ideya və təklifləri əsasında formalaşdırılan “Korporativ Standartlar Kitabçası” təşkilatın korporativ üslubunun bütün elementləri, onların izahı və istifadə qaydalarını özündə birləşdirir.

“Korporativ Standartlar Kitabçası” istiqamətində işlər gənclər və gənclər təşkilatlarının 2012-ci ilin sentyabr ayında keçirilən müsabiqə zamanı verdikləri təkliflər əsasında ARGTMŞ-ın yeni loqosunun hazırlanması ilə başlanılmışdır. Loqoda təsvir olunan “səkkiz guşəli ulduz” - milliliyi, Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinin əks olunması - dövlətçiliyi, şəbəkə formasında təsvir - gənclər təşkilatlarını birləşdirən bir platforma kimi təşkilatın əsas fəlsəfəsi və məqsədini ifadə edir. Təşkilatın “Korporativ Standartlar Kitabçası” məhz təşkilatın loqosunda istifadə olunan elementlər və rənglər əsasında formalaşdırılıb.

Onlayn nəzərdən keçir:  www.brandbook.nayora.az

Brandbook yüklə (pdf)
ARGTMŞ loqosunu yüklə (png)