Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası konfederativ bir qurum kimi 114 gənclər təşkilatını özündə birləşdirən böyük gənclər təşkilatıdır.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına Üzvlüyün formaları

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvləri 2 yerə bölünür:

Tamhüquqlu üzvlər – ARGTMŞ-ın rəhbər orqanlarına seçmək və seçilmək, səs vermək, çıxış etmək, təkliflər vermək, ARGTMŞ-ın təşkilati, hüquqi, texniki, maliyyə və s. imkanlarından istifadə etmək hüququna malikdirlər.

Əlaqələndirici üzvlər - namizədliyin tam hüquqlu üzv təşkilat tərəfindən verildiyi hallarda Milli Şuranın rəhbər orqanlarına seçilmək imkanına malikdirlər.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına Üzvlüyünün mərhələləri

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzvlük aşağıdakı mərhələləri əhatə edir:

Üzv olmaq haqqında müraciət - üzvlük üçün 2 formada müraciət mümkündür. Onlayn müraciət etmək üçün bu ünvana daxil olub zəruri sənədlərin (Nizamnamə, Şəhadətnamə, Dövlət registrdən çıxarış, Təhsis protokolu, Forma A, Forma B) nümunələrini yükləmək lazımdır. Ofisə yaxınlaşaraq müraciət etmək üçün zəruri sənədlərin (Nizamnamə, Şəhadətnamə, Dövlət registrdən çıxarış, Təhsis protokolu, Forma A, Forma B) nümunələrini toplayıb təşkilatın ofisinə yaxınlaşmaq lazımdır.

Məclisdə iştirak - müraciət edən təşkilatın müraciətinə ARGTMŞ-ın növbəti məclisində baxılır. ARGTMŞ-ın tam hüquqlu üzvlərinin qərarı ilə təşkilat üzvlüyə qəbul olur və ya qəbul olunmur.

Statuslu üzv- tam hüquqlu üzvlərin qərarı ilə təşkilat üzvlüyə qəbul olunduqda, ona 6 aylıq sınaq müddəti verilir. Bu dövrdə təşkilat ARGTMŞ-ın müşahidəçi statuslu üzvü olur. 6 ay başa çatdıqdan sonra təşkilat ARGTMŞ-ın tamhüquqlu üzvü olur.

 


Təşkilat aşağıdakı hallarda Milli Şura üzvlüyündən xaric oluna bilər:

Üzv təşkilatın ərizəsi ilə;


Üzv təşkilatın fəaliyyətinə xitam verildikdə;


Əsasnamə pozulduqda Milli Şura Məclisinin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının təqdimatına əsasən Qurultay tərəfındən.