Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvləri təşkilatın fəaliyyətinin əsas faydalananlar qruplarıdır. Təşkilat üzvü olan gənclər təşkilatlarının inkişafı və fəaliyyətlərinin istiqamətləndirilməsi naminə bir sıra proqramlar və xidmətlər təklif edir.

Bu xidmətlər aşağıdakılardır:

 

KOMMUNİKASİYA DƏSTƏYİ



SMS
Üzvlərin məlumatlarının sms vasitəsi ilə vahid bazadan bütün üzvlərə göndərilməsi
E-mail
Üzvlərin məlumatlarının e-mail vasitəsi ilə vahid bazadan bütün üzvlərə göndərilməsi



PR DƏSTƏYİ



Sosial şəbəkələrdə PR
Üzvlərin fəaliyyətinin 15 000- dən çox istifadəçi arasında tanıtımı

Mətbuat dəstəyi
Üzvlərin xəbərlərinin 40-a yaxın mətbuat orqanına göndərilməsi, mətbuatın tədbirlərə dəvəti



WWW.NAYORA.AZ ONLAYN PLATFORMADAN İSTİFADƏ


Fərdi idarəetmə paneli
Üzvlərin fərdi səhifəsinin yaradılması, xəbər, elanlarının yerləşdirilməsi və redaktə edilməsi
E-xidmətlər
Bir toxunuşla xəbərlərin mətbuata göndərilməsi, E-Gənclər Xəritəsi, E-Gənclər Təqviminin imkanlarından faydalanmaq



TƏŞKİLATİ DƏSTƏK



Beynəlxalq əməkdaşlıq
Üzvlərin aparıcı beynəlxalq təşkilatların və gənclər platformalarının programlarında iştirakı və əməkdaşlığının təmin olunması

Təşkilati və tərəfdaşlıq dəstəyi
Üzvlərin tədbir, layihə, həmçinin programlarla bağlı fəaliyyətinin qarşılıqlı öhdəliklə tərəfdaşlıq çərçivəsində icrası
Texniki dəstək
Üzvlər üçün ARGTMŞ-ın təlim zalı, wi-fi sahəsi, kitabxanadan istifadə etmək imkanı və tədbirlərin keçirilməsinə təşkilati dəstək
Sosial paket
ARGTMŞ vasitəsi ilə üzv təşkilatların rəhbər və nümayəndələri üçün müxtəlif müəssisələrdə xüsusi imtiyazların və güzəştlərin tətbiqi