Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz məqsəd və vəzifələrinə çatmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə 3 əsas istiqamətdən ibarət “3G” (G-Gənclər) strategiyasını qəbul edib.

3G strategiyasının istiqamətləri:
Gənclər siyasətinə dəstək gənclərin gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirakının təmin edilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və qərarvermədə iştirakının təmin edilməsi vasitəsi ilə gənclər siyasətinə dəstəkdir.
Gənclər-in əməkdaşlıq imkanlarının artırılması həyata keçirilən layihə və proqramlar çərçivəsində milli, regional və beynəlxalq səviyyədə gənclərin əməkdaşlığının təmin olunmasıdır.
Gənclər təşkilatları institutunun gücləndirilməsi göstərilən xidmətlər və yaradılan imkanlar vasitəsi ilə gənclər təşkilatları institutunun gücləndirilməsidir.

____________________________________________________________________________________________________________