Gənclər təşkilatları institutunun gücləndirilməsi - Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

Gənclər təşkilatları institutunun gücləndirilməsi

20 iyun 2017-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Bakı Neft Emalı Zavodunda keçirilib. Məlumat turunda Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova və Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

17 iyun 2017-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının növbəti Məclisi baş tutub. Tədbirdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib. 

“QHT İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində “Sosial sahibkarlıq” mövzusunda təlim keçirilib.

15 may tarixində  Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasında baş tutub. Məlumat turunda Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Gənclər Təşkilatları Milli Şurası "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində üzvü olan gənclər təşkilatları üçün layihə müraciətini açıq elan edir.

 

Bu gün Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında baş tutub.

ARGTMŞ Gənclər Evində Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” çərçivəsində “Məqsəd qoyma və həyat prespektivlərinin qurulması” mövzusunda təlim keçirilib. 

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasında baş tutub.