Gənclər siyasətinə dəstək - Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

Gənclər siyasətinə dəstək

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasına yekun vurulub. Kampaniya noyabr 2016 - iyun 2017-ci il tarixlərini əhatə edib

“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində birgə əməkdaşlıq istiqamətində layihələr davam edir. 2017-ci il üzrə üç layihə Şəmkir, Quba və Şəki rayonlarında baş tutub. 

“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində 2017-ci il üzrə birgə əməkdaşlıq istiqamətində layihələrə start verilib. İlk layihə Milli Şuranın üzvü olan “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə “Gələcəyini bu gün qur!” mövzusunda keçirilib. 

29 aprel tarixində Bakı şəhərində Nizami küçəsində “Məqsədlərə doğru birlikdə!” sosial aksiyası keçirilib. Aksiya “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib. 

29 aprel tarixində Bakı şəhərində Nizami küçəsi 62C (İSR Plazanın yanı) ünvanında “Məqsədlərə doğru birlikdə!” sosial aksiyası keçiriləcəkdir.

Video-çarx vasitəsilə Azərbaycanın müxtəlif regionlarından gənclər səhiyyə barəsində gözləntilərin paylaşıb. 

Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində həyata keçirilən onlayn fəaliyyətlər artıq başa çatıb

Bu gün Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində planlaşdırılan onlayn fəaliyyətlər ilə bağlı fəaliyyətlər əlaqələndirmə görüşü keçirilib.